Bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXII turunda "Farense" klubuna 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bu matçdakı qalibiyyətin UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab oyunu öncəsi komandanın inam və motivasiya səviyyəsini artırmaq baxımından vacib olduğunu bildirib:
"Biz yenidən ölkə çempionatında qələbə qazandıq. Bu, oyunçuların əhval-ruhiyyəsini yüksəltmək üçün olduqca əhəmiyyətli idi. Əsas heyətdə meydana çıxan futbolçuları xüsusilə seçmişdim. Həmin oyunçular uğur qazanmağımızda bizə yardımçı oldular”.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
