Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək. İlk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Günün son matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq. Bu qarşılaşmaya saat 19:00-da start veriləcək. Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. Əlavə edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq. 30 yanvar (çərşənbə axşamı) 15:00. “Səbail” – “Zirə” Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev “ASCO Arena” 19:00.“Sabah” – “Qarabağ” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı “Bank Respublika Arena” 31 yanvar (çərşənbə) 16:00. “Araz-Naxçıvan” – “Qəbələ” Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov “Dalğa Arena” 19:00. “Sumqayıt” – “Neftçi” Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev “Kapital Bank Arena” Yarımfinal cütlükləri "Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ" "Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"