Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün 1/8 finalın son iki iştirakçısı bəlli olacaq - Çempionlar Liqası

    Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.
    Dörd qrupda keçiriləcək səkkiz oyunla pley-offun son iki iştirakçısı bəlli olacaq.
    Həmçinin, mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların adlarına aydınlıq gələcək.
    E qrupunda bütün yerlərin sahibi bilindiyi üçün matçlar formal xarakter daşıyacaq.
    F qrupunda 1/8 final mərhələsinə vəsiqəyə üç komanda iddia edir. Bunlar Fransanın PSJ, İngiltərənin “Nyukasl” və İtaliyanın “Milan” kollektivləridir.
    G qrupunda bütün suallara aydınlıq gəlib.
    H qrupunda isə Portuqaliya “Portu”su ilə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu pley-off mərhələsinə vəsiqənin sahibini öz aralarındakı matçda müəyyənləşdirəcək.
    Çempionlar Liqası
    Qrup mərhələsi, VI tur
    13 dekabr
    E qrupu
    00:00. "Atletiko" (İspaniya) - "Latsio" (İtaliya)
    00:00. "Seltik" (Şotlandiya) - “Feyenoord” (Niderland)
    Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenoord” – 6, “Seltik” - 1.
    F qrupu
    00:00. “Borussiya” (Dortmund, Almaniya) - PSJ (Fransa)
    00:00. “Nyukasl” (İngiltərə) - “Milan” (İtaliya)
    Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5.
    G qrupu
    21:45. “Srvena Zvezda” (Serbiya) - “Mançester Siti” (İngiltərə)
    21:45. “Leyptsiq” (Almaniya) - Yanq Boyz” (İsveçrə)
    Xal durumu: “Mançester Siti” – 15, “Leyptsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1.
    H qrupu
    00:00. “Antverpen” (Belçika) - “Barselona” (İspaniya)
    00:00. “Portu” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna)
    Xal durumu: “Barselona” – 12, “Portu” – 9, “Şaxtyor” – 9, “Antverpen” - 0.
    Qeyd edək ki, indiyədək “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), "Kopenhagen" (Danimarka), “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), PSV (Niderland), “Real Madrid”, “Barselona”, “Real Sosyedad”, “Atletiko” (hamısı İspaniya), "Napoli", “İnter” və “Latsio” (hər ikisi İtaliya) komandaları 1/8 finala yüksəliblər.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ