Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Gənclərimiz sağlam, güclü, elmli olmalı və dünyanı fəth etməlidirlər

    Ötən gün-noyabrın 09-u tarixdə, Dövlər Bayrağı günündə Şirvanda "Şirvan Şəhəri" Futbol klubunun növbəti oyununu kecirilmişdir. Bu barədə "atributinfo.az"-a acıqlama verən Milli Məclisin deputatı İltizam Yusifov demişdir:
    Oyunu Sirvan Şəhər Polis şöbəsinin rəisi Fizuli Əhmədovla birlikdə izlədim.
    "Şirvan Şəhəri" Futbol klubu yeni yaradılmasına baxmayaraq gözəl oyunlar sərgiləyir. Bunun bir daha şahidi oldum. Əsas odur ki, ilk addım atılıb. Necə deyərlər min illik yol bir addımnan başlayır. Ümid edirəm ki, pillə-pillə qoyulan məqsədlərə çatılacaqdır və şəhərin futbol ənənələrini bərpa edəcəyik.
    Biz, müzəffər Ali Baş komandan cənab İlham Əliyevin komandanlığı və xalqımızın birliyi ilə Zəfərimizi qazandıq. Xalqımız "Qalib Xalq" kimi daim yaşayacaqdır. Bizim gənclərimiz sağlam, güclü ,elmli olmalı və dünyanı fəth etməlidirlər. Pis vərdişlər bizim üçün deyil və bizə yaraşmaz. Bunun üçün gənclərimiz idmanla məşğil olmalıdırlar. Futbol isə istər kütləvilik, istərsə də azarkeşlik baxımından idmanın şahıdır."- Deputat demişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ