Sizin reklam burada
Sizin reklam burada
  • AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub

    Atributinfo.az xəbər verir ki, AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulub.
    Turun son oyun günündə doqquz qarşılaşma keçirilib.
    A qrupunda İspaniya millisi Kipri, Norveç yığması Gürcüstanı məğlub edib.
    C qrupunda İtaliya Ukraynaya, Şimali Makedoniya Maltaya qalib gəlib.
    Azərbaycan millisinin yer aldığı F qrupunda da iki görüş baş tutub. Lider Belçika evdə Estoniyanı 5:0, Avstriya isə səfərdə İsveçi 3:1 hesabı ilə üstələyib.
    İ qrupunda isə üç oyun keçirilib. İsrail Belarusla, Rumıniya Kosovo ilə, İsveçrə isə Andorra ilə dueldən qalib ayrılıb.

    AVRO-2024, seçmə mərhələ

    VI tur - 12 sentyabr

    A qrupu

    İspaniya – Kipr 6:0

    Norveç – Gürcüstan 2:1

    Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 9 (4), Norveç – 7 (5), Gürcüstan – 4 (5), Kipr – 0 (5)

    C qrupu

    İtaliya – Ukrayna - 2:1

    Malta – Şimali Makedoniya - 0:2

    Xal durumu: İngiltərə - 13 (5), Ukrayna – 7 (5), İtaliya – 7 (4), Şimali Makedoniya – 7 (5), Malta – 0 (5)

    F qrupu

    Belçika – Estoniya - 5:0

    İsveç – Avstriya - 1:3

    Xal durumu: Belçika – 13 (5), Avstriya – 13 (5), İsveç – 6 (5), Azərbaycan - 1 (4) Estoniya – 1 (5)

    I qrupu

    İsrail – Belarus 1:0

    Rumıniya – Kosovo 2:0

    İsveçrə - Andorra 3:0

    Xal durumu: İsveçrə - 14, İsrail - 11, Rumıniya – 12, Kosovo - 4, Belarus – 4, Andora

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ