Federasiyadan verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq.
İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaqlar.
Əsas hədəflərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək olan AKAF bu məqsədlə Azərbaycan çempionatında əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verəcək.
Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənən avarçəkənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.
/atributinfo.az/
