Sizin reklam burada
Sizin reklam burada
  • Laçında "Sağlam həyat günləri" keçirələcək - Gənclər və İdman Nazirliyi

    Atributinfo.az xəbər verir ki, Laçında "Sağlam həyat günləri" keçirələcək.
    Bu barədə Gənclər və İdman Nazirliyi bildirib.
    Nazirlik sağlam həyatın təbliği, idmana olan marağın və əhali arasında kütləviliyin daha da artırılması məqsədilə 12-13 sentyabr tarixlərində Laçın şəhərində "İdman hamı üçün" layihəsi çərçivəsində "Sağlam həyat günləri" adlı kütləvi idman tədbiri təşkil edəcək.
    Qeyd edilir ki, Gənclər və İdman Nazirliyi bir daha əhalini yalnız idman günlərində deyil, bütün ilboyu idmanla məşğul olmağa və öz sağlamlığını qorumağa dəvət edir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ