Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi”dən yeni transfer

    Atributinfo.az xəbər verir ki, “Neftçi” növbəti transferini rəsmiləşdirib.
    Rusiyalı hücumameyilli yarımmüdafiəçi Reziuan Mirzov ilə 1 illik müqavilə bağlanıb.
    30 yaşlı oyunçu yeni komandasının heyətində 22 nömrəli formanı geyinəcək.
    Reziuan Mirzov Rusiyanın “Spartak-Nalçik” (2012-2013), “Spartak” (Kostroma, 2013), “Zvezda” (Ryazan, 2013), “Torpedo” (Moskva, 2014-2015), “Terek” (2015-2017), “Rostov” (2017-2019), “Tosno” (2017-2018), “Arsenal” (Tula, 2018-2019), “Spartak” (Moskva, 2019-2022) və “Ximki” (2020-2023) klublarında çıxış edib. 2017/2018-ci illər mövsümündə “Tosno” ilə Rusiya kubokunun qalibi olan Mirzov 2018/2019-cu illər mövsümündə ölkə çempionatının 33 ən yaxşı futbolçusu siyahısına düşüb.
    Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdes və hücumçu Aaron Olanare ilə anlaşıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ