Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan milli yığması son qitə çempionu ilə bir qrupda

    Atributinfo.az xəbər verir ki, sabah Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa Çempionatı 2 qrupda start götürəcək.
    Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
    Məlumata görə, hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün 2-ci oyununda çıxış edəcək Milli komandamız son Avropa Çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq. Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaq.
    2 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək. İlk oyunun nəticəsindən asılı olaraq qrup daxilidə 2-ci və 3-cü oyunlar müəyyən olunacaq.
    Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə 3 oyundan sonra ilk iki yerə yüksələn komandalar 9 sentyabr tarixində keçiriləcək yarımfinal oyunlarına vəsiqə əldə edəcək.
    Çempionatın final oyunu isə 10 sentyabr tarixində Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ