Sizin reklam burada
Sizin reklam burada
  • “Qarabağ” və “Olimpiya”nın son məşqinin vaxtı məlum olub

    Atributinfo.az xəbər verir ki, “Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.
    Hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.
    Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
    Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
    Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyada gerçəkləşən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ