Həmyerlilərimiz sərbəst güləşdə növbəti qələbə qazanıblar.
Günün ən maraqlı görüşü Azərbaycan təmsilçisi Sabir Cəfərov (70kq) və rəqibi Rusiya güləşçisi Nicat Fərzəliyev arasında olub. Belə ki, ölkəmizi təmsil edən güləşçi 10:0 hesabı ilə yarışdan qalib kimi ayrılıb və bürünc medal əldə edib.
Güləşçimiz Ramiz Həsənov (74 kq) rəqibi rusiyalı Maqomed Kardanova 1:11 hesabı ilə məğlub olaraq ölkəmizə gümüş medal qazandırıb.
Güləş üzrə digər təmsilçilərimiz - Fərid Cabbarov (86 kq) rəqibi Rusiya idmançısı Boqdan Qladçenkoya 3:1 hesabı ilə, Aydın Əhmədov (125 kq) isə rəqibi qazaxıstanlı Marlen Kurlysbekə qalib gələrək bürünc medal qazanıblar.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
/atributinfo.az/
