Sizin reklam burada
Sizin reklam burada
  • Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək

    Atributinfo.az xəbər verir ki, Azərbaycanın ikinci böyük şəhəri - Gəncə III MDB Oyunlarına ev sahibliyi edəcək.
    Bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva məlumat verib.
    O bildirib ki, Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhərində bu məqsədlə yeni müasir kompleks tikilir.
    "Bölgələrdə yarışların keçirilə biləcəyi fikri xoşumuza gəldi. 2025-ci ildə III MDB Oyunları Gəncə şəhərində keçiriləcək. Düşünürəm ki, biz əsas olimpiya idman növlərinə və bütün ölkələr üçün ənənəvi olan qeyri-olimpiya idman növlərinə diqqət yetirəcəyik”, - deyə Mariana Vasileva bildirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ