Azərbaycanlı cüdoçu MDB Oyunlarında qızıl medal qazanıb
İdman
5-08-2023, 23:07
182
Atributinfo.az xəbər verir ki, Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb. Gənclər və İdman Nazirliyindən bildiriblər ki, cüdoçu Nihad Məmişov (50 kq) qızıl medal əldə edib. Qadın cüdoçu Xədicə Abdullayeva (40 kq) isə bürünc medala sahib çıxıb.