Polşada güləş üzrə beynəlxalq turnirdə idmançılarımız daha iki medal qazanıblar
İdman
30-07-2023, 11:58
207
Atributinfo.az xəbər verir ki, Polşada güləş üzrə beynəlxalq turnir davam edir. Yarişin dördüncü günündə sərbəst güləş üzrə yığmanın 2 üzvü mübarizə aparıb. Osman Nurmaqomedov (92 kq) startda polşalı Filip Roqut üzərində inamlı qələbə qazanıb – 9:0. Nurmaqomedov daha sonra iki amerikalı güləşçini - Maykl Makkiavello (8:2) və Nikolas Stemmeti (11:0) məyus edib. Finalda polşalı Mixal Bielavskiyə heç bir şans tanımayan (10:0) Osman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Georgi Meşvildişvili (125 kq) əvvəlcə bolqarıstanlı Georgi İvanovu (11:0), daha sonra isə almaniyalı Gennadi Kudinoviçi (6:4) üstələyib. Ancaq finalda amerikalı Nikolas Viazdovskiyə 2:9 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib. Bu gün milli komandanın 6 üzvü turnirdə çıxış edəcək.