Sizin reklam burada
Sizin reklam burada
  • Adrian Mutu: - "Neftçi"ni yenidən zirvəyə daşıyacağımıza inanıram

    Atributinfo.az xəbər verir ki, Neftçi"ni seçməyimdə iki səbəb var: əvvəla "ağ-qaralar" mənə görə ölkənin ən böyük klubudur. İkincisi, komandanın qarşıdakı il üçün nəzərdə tutulan layihəsi məni cəlb etdi.
    Bunu "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu "CBC Sport"a müsahibəsində deyib.
    Rumıniyalı mütəxəssis bildirib ki, əsas hədəf komandanı yenidən zirvəyə qaytarmaqdır: "Biz təkcə ölkə çempionluğu haqqında fikirləşməməliyik, həm də Azərbaycanı Avropada layiqli təmsil etməliyik. Bunun üçün yaxşı şərait var. Danışıqlar zamanı klubun məqsədləri və müasir futbolun tələblərinə cavab verən inkşaf planı məndə çox gözəl təəssürat yaratdı. Ən önəmlisi klubun planlarıdır. Ötən illə müqayisədə komandanı daha yüksək pilləyə çatdırmağa çalışacağıq. Asan olmayacaq, amma biz buna inanırıq".
    "Neftçi" fanatları Avropada coşqusu və kluba sadiqliyi ilə tanınır. Onların komandadan gözləntilərinin çox olduğunu bilirəm. Azarkeşlərlə çox yaxşı münasibət quracağıma inanıram. Bunun üçün zamana ehtiyac var. Bu da bir həqiqətdir ki, hər şey bizim işimizdən, meydandakı oyunumuzdan və nəticələrimizdən asılıdır. "Neftçi"ni yenidən zirvəyə daşıyacağımıza inanıram. Burada yaxşı mübarizə mühitinin olduğunu bilirəm. Bu, məni narahat etmir. Əksinə, mübarizə olan yerdə inkşaf da olur. Qarşıdakı mövsüm daha yaxşı mövqedə olacağımıza inanram", - deyə Adrian Mutu əlavə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ