Sizin reklam burada
Sizin reklam burada
  • III Avropa Oyunlarında iştirakını başa vurmuş idmançılarımız Vətənə geri döndü

    Atributinfo.az xəbər verir ki, Polşada təşkil olunan III Avropa Oyunlarında iştirakını başa vurmuş idmançılarımız Vətənə qayıdıb.
    Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Qeyd edək ki, ölkəmizi Avropa Oyunlarında 86 idmançı 13 növdə təmsil edib.
    Azərbaycan idmançıları III Avropa Oyunlarını 11 medalla başa vurub. Bunun 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. Komandamız ümumi hesabda isə 24-cü yeri tutub.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ