"Atributinfo.az" xəbər verir ki, turnirdə rayonun idarə, müəssisə və təşkilatlarından 12 komanda mübarizə aparmışdır.
Final mərhələsində Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Yanğından Mühafizə Hissəsi və Elektrik şəbəkəsinin komandaları iştirak etmiş, mübarizənin nəticələrinə görə Rayon Polis şöbəsinin komandası I yerə, Elektrik şəbəkəsinin komandası II yerə, Göygöl rayon Yanğından Mühafizə Hissəsi III yerə, Rayon İcra Hakimiyyətinin komandası IV yerə layiq görülmüşdür.
Qalib komandalar YAP Göygöl rayon təşkilatının sədri Vuqar Isayev tərəfindən kuboklar və fəxri fərmanlarla, Gənclər İdman idarəsi tərəfindən Diplomlarla təltif olunmuşlar.
Bəradər
"Atributinfo.az"
