Sizin reklam burada
Sizin reklam burada
  • ”Şahin" hərbi-idman oyununun qalibləri mükafatlandırılmışdır

    "Şahin" hərbi-idman oyunu üzrə keçirilmiş rayon birinciliyində qalib olmuş Göygöl şəhər İ.Hüseynov adına 1 saylı tam orta məktəb komandasının məktəbdə mükafatlandırma tədbiri keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Göygöl rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Salman Balakişiyev, məktəb direktoru Qabil Misirov və məktəbin hərbi rəhbəri Nazim Cahangirov iştirak edib.
    Mükafatlandırma zamanı komanda üzvləri ilə söhbət aparılıb, çıxış edənlər "Şahin" hərbi idman oyununun gənclərin milli qürur, milli ləyaqət ruhunda tərbiyə edilməsində, hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsində, həmçinin mənəvi-psixoloji olaraq ordu sıralarında xidmətə hazırlıqlı olmalarında mühüm rol oynadığını bildiriblər. Komanda üzvləri və hərbi rəhbər əldə etdikləri uğura görə təltif edilib. Tədbir iştirakçıları zona mərhələsində rayonumuzu təmsil edəcək şəhər 1 saylı t/o məktəbin komandasına uğurlar arzulayıblar.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ