Sizin reklam burada
Sizin reklam burada
  • “Neftçi”nin müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq

    Azərbaycan millisinin heyətində “Avro-2024”ün seçmə mərhələsində Avstriya (1:4) ilə keçirilən oyunda zədələnən “Neftçi” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib.
    Paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı 31 yaşlı orta sahə oyunçusunun sağ dizinin medial bağında birinci dərəcəli gərilmənin aşkarlandığını bildirib. Artıq müalicəsinə başlanan oyunçunun təxminən iki həftə komandadan ayrı qalacağı gözlənilir.
    Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu aprelin 1-də “Zirə”yə qarşı keçirəcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ