Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu və Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov iştirak etmişdir. Bu tədbir, eyni zamanda, Göygöl rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilən silsilə tədbirlərdən biri kimi yaddaşlarda qalacaqdır.
Layihə çərçivəsində təşkil edilmiş tədbirdə şəhid və qazi ailələrindən uşaqlar da iştirak etmişdir. Tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Bəradər,
Zahir
"Atributinfo.az"
