Sizin reklam burada
Sizin reklam burada
  • Gövhər Beydullayeva FİDE reytinqində 36 pillə irəliləyib

    Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb.
    Norveçli dünya çempionu Maqnus Karlsenin (2859 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Teymur Rəcəbov 5 pillə irəliləyərək 11-ci olub (2747 xal), Şəhriyar Məmmədyarov isə 1 pillə geriləyərək 2741 xalla 14-cüdür. Qədir Hüseynov (2661 xal) 86-cı, Nicat Abbasov (2646 xal) 100-cü, Rauf Məmmədov (2646 xal) isə 102-ci sıradadır.
    Qadın şahmatçılarımızdan İtaliyada gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 36 pillə irəliləyərək 62-ci yerdə qərarlaşıb (2387 xal). Günay Məmmədzadə (2472 xal) 20-ci, Ülviyyə Fətəliyeva (2428 xal) 37-ci, Xanım Balacayeva (2379 xal) 73-cü, Gülnar Məmmədova (2376 xal) 78-ci yerdədirlər.
    Qadın şahmatçıların reytinq siyahısına çinli Yifan Hou (2638 xal) başçılıq edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ