"Mançester Yunayted" "Arsenal"a Premyer Liqa mövsümündə ilk məğlubiyyətini yaşatdı
İdman
5-09-2022, 06:16
349
"Mançester Yunayted"in futbolçuları bazar günü İngiltərə Premyer Liqasının (APL) altıncı turunun ev oyununda "Arsenal"ı 3:1 hesabı ilə məğlub ediblər. “Mançester Yunayted”in heyətində qolları Entoni və Markus Reşford vurub. Mançester Yunayted startda iki məğlubiyyətdən sonra ardıcıl dördüncü qələbəsini qazandı və 6 oyundan sonra 12 xalla Premyer Liqanın turnir cədvəlində beşinci pilləyə yüksəldi.