Sizin reklam burada
Sizin reklam burada
  • F1 tamaşaçıları üçün bu gün Pit zolağında gəzinti şansı

    F1 tamaşaçıları üçün bu gün Pit zolağında gəzinti şansı 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində saat 12:00-dan 13:30-a kimi Pit zolağında gəzinti olacaq.
    Bakı Şəhər Halqasından verilən məlumata görə, yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.
    Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzintisində iştirak edə biləcəklər.
    Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları 2022 Formula 1 Azərbaycan Qran Prisinə dəvət edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ