Sizin reklam burada
Sizin reklam burada
  • Lerikdə millət vəkilinin istiraki ilə tədbir keçirilmişdir

    Lerikdə millət vəkilinin istiraki ilə tədbir keçirilmişdir Bu gün Lerik Rayon İcra Hakimiyyətində Ağır atletika üzrə Azərbaycan birinciliyində uğur qazanmış idmançılarla görüş keçirildi. Ağır atletika üzrə Azərbaycan birinciliyində 15 və 17 yaşadək yeniyetmə oğlanlar arasında ilk qalib lerikli atlet Orxan İmanov olmuşdur. Orxan yaşı 15-dək oğlanlar arasında 49 kq çəki dərəcəsində 141 kq (63+78) nəticə ilə qızıl medalın sahibi olmuşdur.
    Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, Lerik Rayon Gİİ rəisi Natiq İsaqov iştirak edirdilər.
    Lerik Rayon İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və millət vəkili İqbal Məmmədov çıxışlarında idmançıları təbrik etdərək bu nailiyyətdə əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər, idmançılara və məqşçi heyətinə yeni uğurlar arzuladılar. İdmançılar öz növbələrində respublikamızda idmana göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
    Tədbirin sonunda idmançılara və məşqçi Elvin Mirzəyevə diplom və hədiyyələr təqdim olundu və xatirə şəkli xatirə şəkili çəkildi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ