Sizin reklam burada
Sizin reklam burada
  • Messi karyerasını harada davam etdirəcək?

    Messi karyerasını harada davam etdirəcək? “Mundo Deportivo” PSJ-nin argentinalı hücumçusu Lionel Messinin parislilərlə müqaviləsi başa çatdıqdan sonra karyerasını davam etdirmək variantlarını açıqlayıb.
    34 yaşlı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
    Qeyd edilir ki, Messi ya daha bir il PSJ-də qala, ya da Avropanı tərk edə bilər. Argentinalı vətəninə qayıtmaq və ya ABŞ-a getmək arasında seçim edəcək.
    Aprelin 1-də Messinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu MLS-nin “İnter Mayami” klubu ilə maraqlandığı bildirilmişdi. Qeyd olunub ki, Amerika tərəfi argentinalının transferinə 2022-ci ilin yayında nail olmaq niyyətindədir.
    Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Bundan əvvəl o, "Barselona"da oynayıb, burada 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ