Sizin reklam burada
Sizin reklam burada

"Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər (FOTO)

"Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər (FOTO) UEFA Konfrans Liqası çərçivəsində keçirilən "Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər.
Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli plakat açılıb. Bu plakat stadionun təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra yığışdırılıb.
Bundan əvvəl isə stadionda olan həmin qrup azarkeşlər tərəfindən Ermənistan bayraqları açılıb və müxtəlif şüarlar səsləndirilib.
Qeyd edək ki, dünən "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Ağdam klubu tarixi matçda Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Marsel"-"Qarabağ" matçında ermənilər daha bir təxribat törədiblər (FOTO)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ