Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin Gənclər və idman komitəsində görüş

Milli Məclisin Gənclər və idman komitəsində görüş Mayın 19-da Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallığı ilə seçilmiş bir qrup jurnalistlə və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən gənc və yeniyetmə idmançılarla görüş keçirib.
Görüşdəvitse-spiker Adil Əliyev Vətən müharibəsindən söhbət açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində işğal altında qalmış əzəli və əbədi torpaqlarımızı düşmən işğalından həmişəlik azad edib. Bu,tarixi əhəmiyyət kəsb edən və hər bir azərbaycanlının fəxr etdiyimöhtəşəm bir qələbədir.
Vitse-spiker bu qələbənin Müzəffər Ali Baş Komandanın siyasi, diplomatik, hərbi sahədə atdığı qətiyyətli addımlar sayəsində, habelə hərbi qulluqçularımızın yüksək döyüş hazırlığı vəgöstərdiyi şücaət nəticəsində əldə edildiyini vurğulayıb. Qeyd edib ki, bu zəfər, eyni zamanda,müasir silahlarla və döyüş texnikası ilə təchiz olunmuş ordumuzun qüdrətinin bariz nümunəsidir.
Söhbət zamanı Adil Əliyevvətənpərvər ruhda böyümüş Azərbaycangənclərininhəm də idmana olan marağının artmasından da danışıb.O, ölkəmizdə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsinin əsasının vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətəçatdırıb. Bu gün də ölkə başçısı İlham Əliyevin idmana və idmançılara olan xüsusi diqqət və qayğısından bəhs edib.
Milli Məclis Sədrinin müavini bildirib ki, idmançılarımız da öz növbəsindəüzərlərinə düşən məsuliyyəti dərk edərək, ölkəmizi beynəlxalq yarış meydanlarında layiqincə təmsil edir, qələbə qazanaraq Azərbaycan bayrağını yüksəldirlər.
Adil Əliyev Galatasaray Futbol Akademiyasında təhsil alan futbolçumuz Kənan Həsənovu nümunə göstərərək idmançılarımızın hər zaman dünyanın beynəlxalq klublarında karyeralarını davam etdirməklə yanaşı, ölkəmizə bağlı olduqlarını,milli dəyərlərə daim hörmətlə yanaşdıqlarını, Azərbaycanın layiqli vətəndaşı kimi yetişdiklərini bildirib.
Səmimi görüşə görə təşəkkürlərini ifadə edənidmançılar bundan sonra daqatıldıqları beynəlxalq yarışlarda zəfər əldə edəcəklərini, eyni zamanda, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında səylərini əsirgəməyəcəkləriniqeyd ediblər.
Tədbirin sonunda görüş iştirakçılarının bir qisminə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.
Milli Məclisin Gənclər və idman komitəsində görüş Milli Məclisin Gənclər və idman komitəsində görüş

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ