Sizin reklam burada
Sizin reklam burada
  • “Real Madrid” çempionluq yolunda vacib qələbə qazanıb

    “Real Madrid” çempionluq yolunda vacib qələbə qazanıb İyunun 24-də futbol üzrə İspaniya La Liqasının 31-ci turun növbəti oyunu keçirilib.
    "Alfredo Di Stefano” stadionunda baş tutan görüşdə "Real Madrid” klubu "Malyorka” komandasını qəbul edib.
    Görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
    "Kral” klubunun heyətində Vinisius Junior və Serxio Ramos fərqləniblər.
    Bu qələbədən sonra xal ehtiyatını 68-ə çatdıran "Real Madrid” liderliyini davam etdirir. "Malyorka” isə 26 xalla 18-ci yerdə qərarlaşıb.
    Günün digər oyunlarında "Deportivo Alaves” öz meydanında "Osasuna”ya, "Real Sosyedad” isə "Selta Viqo”ya minimal hesabla (1:0) uduzub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ