Sizin reklam burada
Sizin reklam burada
  • UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq

    UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin II turuna yekun vurulacaq Oktyabrın 2–də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümün qrup mərhələsinin II turunda daha səkkiz qarşılaşma oynanılacaq.
    Gün ərzində E, F, G və H qruplarında yer alan komandalar qarşılaşacaqlar. Sonuncu çempion "Liverpul” öz meydanında Avstriyanın "Zaltsburq” komandasını qəbul edəcək. Qrup mərhələsində oynanılacaq digər qarşılaşmalar aşağıdakılardır:
    E qrupu:
    "Genk” (Belçika) – "Napoli” (İtaliya);
    "Liverpul” (İngiltərə) – "Zaltsburq” (Avstriya).
    Birinci turdan sonra qrupdakı "Napoli” və "Zaltsburq” komandalarının 3 xalı var. "Genk” və "Liverpul” klubları ilk oyunda uduzublar.
    F qrupu:
    "Slaviya Praqa” (Çexiya) – "Borussiya Dortmund” (Almaniya);
    "Barselona” (İspaniya) – "İnter” (İtaliya).
    Qrupda yer alan komandaların - "Slaviya Praqa”, "Borussiya Dortmund”, "Barselona” və "İnter” komandalarının 1 xalı var.
    G qrupu:
    "Leyptsiq” (Almaniya) – "Lion” (Fransa);
    "Zenit” (Rusiya) – "Benfika” (Portuqaliya).
    Bu qrupa 3 xalla "Leyptsiq” komandası başçılıq edir. "Lion” və "Zenit” klublarının 1 xalı var, "Benfika”nın aktivində xal yoxdur.
    H qrupu:
    "Lill” (Fransa) – "Çelsi” (İngiltərə);
    "Valensiya” (İspaniya) – "Ayaks” (Hollandiya).
    "Ayaks” və "Valensiya” klublarının 3 xalı var. "Çelsi” və "Lill” komandaları isə ilk oyunda uduzublar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ