Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanlı müğənni 35 kq narkotiklə saxlanıldı

    Azərbaycanlı müğənni 35 kq narkotiklə saxlanıldı Məşhur azərbaycanlı müğənni Nazir Həbibov saxlanılıb. O, narkotik vasitə qəbul etməkdə və satışında ittiham edilir.
    Türkmənistana 35 kiloqram tiryək gətirməyə cəhd edən qrupla birgə ələ keçirilən müğənni törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
    Aşqabad şəhərində dünyaya gələn Nazir Həbibov Türkmənistanda ən bahalı toy müğənnilərindən biridir. Onun valideynləri, hətta həyat yoldaşı da azərbaycanlıdır.
    Qeyd edək ki, Türkmənistanda narkotik vasitələrlə bağlı cəza çox sərtdir. Narkotik qaçaqmalçılarını amnistiyaya düşməmək şərti ilə uzunmüddətli həbs cəzası gözləyir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ