Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, görülmüş tədbirlərlə 33 yaşlı Nizami Şahbazzadə saxlanılıb.
Araşdırmalarla onda aşkar olunan 7 kiloqram marixuana və metamfetaminin satış məqsədilə şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Şahbazzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
