Sizin reklam burada
Sizin reklam burada
  • Sabirabadda yabanı halda bitmiş çətənə kolları məhv edilib

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2024” şərti adı altında keçirdikləri profilaktik tədbirlər nəticəsində rayonun Qaralı kəndi ərazisində yabanı halda bitən 947 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
    DİN-in mətbuat xidmətindən bildirilib ki, şöbə əməkdaşları tərəfindən ötən ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində isə ümumilikdə 17 nəfər saxlanılıb. Onlardan 8 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və narkotik tərkibli həblər, eləcə də xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları götürülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ