Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Cəfərli Fəxrəndə Tural qızının meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.
Hələlik intiharın səbəbləri bilinmir. 13 yaşlı qızın meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Bərdə rayon şöbəsinə gətirilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
