İsmayıllıda baş verən qəza nəticəsində xəsarət alanların son vəziyyəti AÇIQLANIB
Hadisə
24-11-2023, 13:38
301
Dünən İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zaman xəsarət alanların son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, İsmayıllı rayonunda baş verən qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib. Bildirilib ki, onlardan biri Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır. "Pasientlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır. Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qitymətləndirlir", - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, noyabrın 23-də Bakı-Şamaxı-İsmayıllı yolunda “Mercedes Vito” aşıb, altı nəfər xəsarət alıb.