Tovuz rayonunun Əyyublu kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
