Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda yaşayış binasında yanğın olub

    Atributinfo.az xəbər verir ki, Bakıda yaşayış binasında yanğın baş verib.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 31 m² olan studio tipli 3 otaqlı mənzilin mətbəxində 2 p.m mebel və 4 ədəd məişət avadanlığı qismən yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 5 m² sahədə əriyib.
    Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ