“VAZ-2107” ağaca çırpıldı, maşında olan 7 nəfərdən ikisi öldü, digərləri yaralandı
Hadisə
13-09-2023, 15:36
219
Atributinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, sentyabr ayının 12-də axşam saat 9 radələrində Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində "Vaz" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərniṣin qismində olan - Füzuli rayon sakinləri, Şaiq Həsənov və Füzuli Məmmədov hadisə yerində ölüb. Digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.