Sizin reklam burada
Sizin reklam burada
  • Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb

    Atributinfo.az xəbər verir ki, Bərdədə paytaxt sakinini xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
    Faktla bağlı araşdıma aparılır.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ