Sizin reklam burada
Sizin reklam burada
  • Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

    Atributinfo.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb
    Astara Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Astara rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu rayonun Şümrüd kəndində yerləşən meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ