Sizin reklam burada
Sizin reklam burada
  • Sabirabad sakinlərindən qanunsuz odlu silahlar götürüldü

    Atributinfo.az xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
    Faktlar üzrə Sabirabad RPŞ-də araşdırmalar davam etdirilir.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ