Sizin reklam burada
Sizin reklam burada
  • Müdafiə Sənayesi Nazirliyinin zavodunda PARTLAYIŞ - Ölən var

    Atributinfo.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlayıb
    Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakov Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.
    "Bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
    Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək", - deyə o əlavə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ