Sizin reklam burada
Sizin reklam burada
  • Məşqçi 7 yaşlı uşağın ölümünə səbəb oldu

    Məşqçi 7 yaşlı uşağın ölümünə səbəb oldu Bu günlərdə Sumqayıtda baş verən tükürpədici hadisə hər kəsin qanını dondurdu. "Atributinfo.az" xəbər verir ki, aylar əvvəl erməni güləşçiyə qalib gəldiyi üçün sevindiyimiz idmançımız məşq zamanı 7 yaşlı uşağın ölümünə səbəb olub. Sosial şəbəkələrdə hər kəsin hiddətinə səbəb olan video görüntülərdə məşqçinin uşaqla necə kobud rəftar etməsi açıq-aşkar görsənir. Sanki futbol topu kimi uşağı gah qaldırıb sağa çırpır, gahdakı sola. Ən sonunda boynu sınan uşaq yerindən qalxa bilmir.
    Dəhşətdir. Kimi deyir məşqçi əsəbi olub, kimi deyir günah valideynlərdədir. Günahın kimdə olmasından asılı olmayaraq, günahkarın kim olmasından asılı olmayaraq bir can gedib. Özü də körpəcə bir uşaq əbədi yumub gözlərini həyata. Odur ki, hadisədə fikir bildirməkdən çox ibrət götürmək lazımdır. Məşqçisindən valideynlərə qədər diqqətli və uşaqlarla rəftarda ehtiyatlı olmaq lazımdır ki, belə hadisələr bir daha baş verməsin.

    Esmira Günəş
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ