Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 54 m² olan birmərtəbəli, 1 otaqlı evin eyvanı taxta konstruksiyadan ibarət - yanar konstruksiyaları 40 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.