Sizin reklam burada
Sizin reklam burada
  • Gənc oğlan qonşusunu öldürdü

    Gənc oğlan qonşusunu öldürdü Dünən saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 52 yaşlı Sədiyar Novruzovun öldürülməsi barədə məlumat daxil olub.
    Şəhər Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla qonşusu, 22 yaşlı Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ