Sizin reklam burada
Sizin reklam burada

Tovuzda yanmış ticarət mərkəzinin ərazisindən meyit tapılıb

Tovuzda yanmış ticarət mərkəzinin ərazisindən meyit tapılıb Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk ki, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ