Sizin reklam burada
Sizin reklam burada
  • Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb

    Üç il əvvəl baş vermiş oğurluğun üstü açılıb Lənkəranda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.
    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərdən birindən 3750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.
    Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ