Sizin reklam burada
Sizin reklam burada
  • Polis nişanlısının qollarını sındıran şəxsi axtarır

    Polis nişanlısının qollarını sındıran şəxsi axtarır Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarovun verdiyi məlumata görə, nişanlısını döyərək qollarını sındıran şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
    Qeyd edək ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ