Sizin reklam burada
Sizin reklam burada
  • Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb

    Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb.
    Hərəkətdə olan "VAZ 2109" markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub.Onlardan biri - Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ