Gürcüstanın beynəlxalq əhəmiyyətli magistral yolunda zəncirvari qəza baş verib
Dünya
6-01-2025, 11:49
218
Gürcüstanın beynəlxalq əhəmiyyətli Kobuleti-Batumi dolama yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bir neçə avtomobil toqquşub, nəticədə azyaşlılar da daxil olmaqla 8 nəfər xəsarət alıb. Zəncirvari qəzanın baş verdiyi yerə polis və təcili tibbi yardım xidməti cəlb olunub. Faktla bağlı araşdırma başlayıb.