Bu barədə Türkiyənin ailə məsələləri və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib.
Onun sözlərinə görə, indiyədək ölkənin dövlət sektorunda 50 minədək şəhid ailəsinin üzvləri və qazi işlə təmin olunub.
Nazir xatırladıb ki, hər il sentyabrın 19-da ölkədə Qazilər Günü qeyd olunur. O əlavə edib: “Bu ərəfədə Türkiyədə 729 nəfərdən ibarət daha bir qrup dövlət qurumlarında işlə təmin olunacaq. Bu, bizim şəhid olan qəhrəmanların, eləcə də qazilərin qarşısında borcumuzdur”.
